Amerikalı sahibkar İlon Mask Fransa hökumətini Teleqramın qurucusu Pavel Durovu azad etməyə çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.
Musavat.com xəbər verir ki, Mask "X" platformasında bununla bağlı paylaşım edib.
«#FreePavel», - həştəqini paylaşan iş adamı Durovu azad etməyə çağırıb.
Xatırladaq ki, Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Parisin Le-Burje hava limanında saxlanılıb.
O, Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Pavel Durovun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hökuməti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.
Şahanə Rəhimli
Musavat.com