İlon Mask narkotik ittihamlarına cavab verdi

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.

İş adamı bildirib ki, üçillik seçmə testlər onun bədənində qadağan olunmuş hər hansı bir maddənin və alkoqolun izlərini belə aşkarlamayıb.

Qeyd edək ki, İlon Mask narkotik maddələrdən, xüsusilə də LSD, kokain, ekstazi, göbələk və ketamindən istifadə etməkdə şübhəli bilinir.//Oxu.az

09.01.2024 01:07
717