İlon Mask: Namizədlərin heç birinə pul verməyəcəm

Amerikalı iş adamı İlon Mask bildirib ki, o, ölkə prezidentliyinə namizədlərin heç birinə pul verməyəcək.

Sahibkar müvafiq postu X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində dərc edib: "Vəziyyətə aydınlıq gətirmək üçün: mən prezidentliyə namizədlərin heç birinə pul bağışlamayacam".

Bundan əvvəl Bloomberg mənbələrə istinadən ABŞ-ın keçmiş prezidenti Donald Trampın sahibkar İlon Maskla görüşdüyünü bildirib. Jurnalistlərin məlumatına görə, hadisə martın 3-də baş verib.

Materialda qeyd edilib ki, görüş eks-dövlət başçısının öz seçki kampaniyasını maliyyələşdirmək üçün donorları cəlb etməyə çalışdığı bir vaxtda təşkil olunub. Lakin digər təfərrüatlar açıqlanmayıb.

 

Musavat.com

07.03.2024 00:10
457