İlon Mask təyyarələri kosmik gəmilərlə əvəz etməyi planlaşdırır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu yeni nəqliyyat vasitələri ilə səyahət müddətini əhəmiyyətli dərəcədə qısalacaq.
Məsələn, Nyu-Yorkdan Şanxaya səyahət cəmi 40 dəqiqə, Londondan Nyu-Yorka 29 dəqiqə, Nyu-Yorkdan Sidneyə isə 49 dəqiqə çəkəcək.
Səyahətçilərin daşınması üçün Starship raketləri istifadə olunacaq. Bu raketlər saatda 27,000 km sürətlə hərəkət edir və gələcəyin səyahət anlayışını dəyişdirəcək.
Kosmik səyahətin təhlükəsizliyi və qiyməti ilə bağlı ətraflı məlumat hələlik açıqlanmasa da, Maskın bu cəsarətli planı dünyada böyük maraq doğurub.