Əgər dövlət xərclərini kökündən azaltmasa, ABŞ faktiki iflas olacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikrin müəllifi ABŞ-ın ixtiraçı milyarderi İlon Maskdır.
Mask bununla bağlı fikirlərini özünün sahibi olduğu “X” sosial şəbəkəsindəki hesabında bölüşdürüb.
X-dakı mesajında o, ölkənin iqtisadi vəziyyətinin böyük borc altına girən adama bənzədiyini vurğulayıb.
"Dövlət xərclərinin kəskin azaldılmasa ABŞ-ı iflas gözləyir" deyə Mask vurğulayıb.
Amerikalı milyarderin sözlərinə görə, dövlət borcunun üzərinə gələn faizlər sürətlə bütün vergi gəlirlərini “yeyir” və ölkənin kritik ehtiyaclarını ödəmək üçün heç bir vəsait qoymur.
Musavat.com