Musavat.com xəbər verir ki, ABŞ-ın aparıcı bankları 2022-ci ildə İlon Maskın Twitter-i (indiki X) satın alması üçün verdikləri kredit portfelini tamamilə satıblar. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qəzetin yazdığına görə, bazar ertəsi banklar Maskın Twitter-in alınması üçün aldığı borcun son hissəsini də reallaşdırıblar. Məlumata əsasən, Morgan Stanley, Bank of America və daha beş bank 2022-ci ilin aprelində İlon Maskın Twitter-i alması üçün kredit ayırmışdı. Banklar həmin vaxt bu kreditləri investor bazarına sataraq yüksək komissiya gəliri əldə etməyi planlaşdırırdı.
Lakin razılaşma tamamlanana qədər bazar şərtləri kəskin şəkildə dəyişdi və investorlar Twitter-in borclarına maraq göstərmədilər.
Nəticədə bu kreditlər bankların balanslarında iki il ərzində saxlanılıb və ümumi məbləğ 1,2 milyard dollar təşkil edib.
Bütün bu müddətdən sonra banklar borcu nominal dəyərin altında — bir dollar üçün 98 sent qiymətə satmağa məcbur olublar.
Beləliklə, İlon Maskın sosial şəbəkə nəhəngi üzərində nəzarət qurmaq üçün aldığı kreditlərlə bağlı banklar gözlədikləri qədər qazanc əldə edə bilməyiblər.
Musavat.com