“İllərdir uşağından aliment kəsir”

İnfluenser Həmayıl Ələsgərova (Hllyblog) ilə keçmiş həyat yoldaşı, fotoqraf Saməddin Cəfərli arasında gərginlik yaranıb.

Saməddin bir neçə gün öncə Həmayılla evliliyindən olan oğlu Atilla ilə fotosunu paylaşıb. Şəkildə onun ikinci övladı da yer alıb.

Ötən gün isə Həmayıl ad çəkmədən keçmiş həyat yoldaşına söz atıb:

“Təəssüf ki, valideynlik bir şəkil çəkib paylaşmaqla olmur. Övladının maddi-mənəvi heç bir ehtiyacını ödəməyən özünə valideyn deməsin. Möhtəşəm şou idi, təbriklər”.

Ardınca Saməddin “Atalıq duyğusundan istifadə edib, atanı yalnız bank hesabı kimi görmək valideynliyin hansı səviyyəsidir görəsən? Çox maraqlıdır. Deməli, atalıq ancaq pul ilə ölçülür? Pulun varsa, ən yaxşı atasan, yoxdursa, uşağı görməyə belə haqqım çatmır. Elə?” paylaşımını edib.

Həmayıldan ona cavab gecikməyib:  “Pul” dediyi uşağından illərdir kəsdiyi alimentdir. Sevgilər”./olay

03.10.2024 15:13
886