İlkin Həsəni ilk dəfə ayrılıq xəbərlərindən danışdı

Tanınmış aktyor və aparıcı İlkin Həsəni influenser həyat yoldaşı Ayseldən ayrılması barədə yayılan xəbərlərdən danışıb.

Sənətçi bu barədə ilk dəfə şəxsi instaqram kanalında aydınlıq gətirib.

O, izləyicisinin "Haqqınızda bu yaxında yayılan fikirlərə daha ətraflı açıqlama verəcəksiniz" sualına belə cavab verib.

"Təbii ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Elə bir xəbər olsa idi, ilk növbədə bu məlumatı özüm paylaşardım", - aparıcı qeyd edib.

Qeyd edək ki, sosial mediada cütlüyün bir müddətdir münasibətlərinin yaxşı olmadığı barədə xəbərlər yayılmış, hətta cütlüyün rəsmən boşandığı da iddia olunmuşdu.//Publika.az

21.01.2024 18:10
6495