İlkin Həsəni boşanmağından DANIŞDI

Aparıcı İlkin Həsəni və bloger həyat yoldaşı Aysel Həsəninin rəsmi şəkildə boşanması ilə bağlı xəbərlər yayılıb.

İddialara görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu məsələni təxirə salıb.

İlkin Həsəni bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, məlumatın həqiqətə uyğun olmadığını bildirib: "Əvvəllər abır edib başlığa sual işarəsi qoyardılar. İndi o abır da qalmayıb..." (day.az)

17.01.2024 21:57
1962