Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, "İnstagram"da paylaşım edib:
“Tiktok-da və digər saytlarda səhhətimlə bağlı yazılan xəbərlərdən narahat olmamağınızı rica edirəm. Bu hadisə çox uzun illər öncə baş verib, fəsadsız ötüşmüşdü. Verilişlərin birində söz düşdü, mənim səhvim isə o hadisəni xatırlayaraq əzizlərimin narahatlığına səbəb olmağım oldu”.