"İlk olaraq övladlarımın yanına gedəcəm"

"Prezidentimizə təşəkkür edirəm. Məni 3 övladıma, ailəmə bağışladı".

Musavat.com bildirir ki, bu sözləri bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən əfv olunacaq çıxan məhkum Gülüş Fətəliyeva deyib.

"Ümumilikdə 9 il həbs cəzasına məhkum edilmişdim. Cəzamın 6 ilini çəkdim, 3 ilindən isə bağışladım. Prezidentə məni 3 övladıma, ailəmə bağışladığı üçün minnətdaram. İlk olaraq övladlarımın yanına gedəcəm, onları öpüb bağrıma basacam. Arxamca məni götürməyə qardaşım gəlib", - deyə Gülüş Fətəliyeva deyib.

Xalidə Gəray
Musavat.com

26.05.2024 11:52
1891