Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində səs verən məhkum Əfsanə Cəfərova ilk dəfədir ki, seçkilərdə iştirak edir.
Musavat.com metbuat.az-a istinadən xəbər verir ki, üç aydır cəzaçəkmə müəssisəsində cəza çəkən Əfsanə bu gün səs verib:"İki il 11 ay həbs cəzası almışam, uşaqlarıma anam baxır. İlk dəfədir cəzaçəkmə müəssisəsində səs verirəm. İnandığım namizədə səs verdim. Azərbaycan üçün bu gün hər kəs səs vermə hüququndan istifadə etməlidir".