İlk dəfə səs verəcək seçicilər üçün "xüsusi təbrik kartı" hazırlanıb

İlk dəfə səs verəcək seçicilər üçün "xüsusi təbrik kartı" hazırlanıb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, ilk dəfə səs verəcək 374 seçici sentyabrın 1-də doğum gününü qeyd edəcək: "Onlara da xüsusi doğum günü kartları veriləcək".

R.Qasımov əlavə edib ki, görmə məhdudiyyətli seçicilər üçün xüsusi trafaretlər çap edilib və məntəqələrə paylanılıb.

MSK sədri Məzahir Pənahov isə öz növbəsində təklif edib ki, həmin kartlara MSK-nın xüsusi möhürü vurula bilər:

"Bu, doğum günü kartlarının MSK-dan verildiyini xüsusiləşdirə bilər".

29.08.2024 16:26
270