Hindistanda ilk dəfə dərslərdə süni intellekt texnologiyasından istifadə olunub.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, süni intellektə malik insanabənzər robot, "İris" Kerala ştatında məktəbdə dərs deməyə başlayıb.
"İris"in tərtibatçısı "Makerlabs Edutech" şirkəti insanabənzər robotun dərsindən görüntüləri paylaşıb.
Belə ki, kadrlarda "İris"in tələbələrlə əl sıxışdığı və partalar arasında dolaşdığı görünür.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com