Xəbər verdiyimiz kimi, Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti baş tutub.
Musavat.com xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə keçirilib.
Sammitdə Türk elində Qərbi Azərbaycan motivli tədbirin keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edilib, İşğaldan azad edilən ərazilərə qayıdışla yanaşı, əcdadlarımızın qədim torpaqları olan Qərbi Azərbaycana da geri dönüşün təmin edilməsi məqsədilə bilavasitə dövlət başçısı tərəfindən əməli addımlar atıldığını bildirilib.
Özbəkistan televiziyası “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitindən reportaj hazırlayıb.
Musavat.com sözügedən reportajı təqdim edir: