İlin ən təhlükəli dövrü barədə astroloqlardan TÖVSİYƏLƏR

Astroloqlar ilin ən mürəkkəb dövrlərindən birinin - payız tutulma dəhlizinin başlaması ilə bağlı xəbərdarlıq ediblər. Onlar bu dövrü hər kəsin həyatında ən çətin, təhlükəli və dönüş nöqtəsi dövrü adlandırırlar.

Belə ki, sentyabrın 18-dən etibarən təxminən iki həftə ərzində özü ilə bir çox problemlər, imtahanlar gətirə biləcək Ay və Günəş tutulmalarının ardıcıllığı gözlənilir.

"Lenta dnya" "Telegram" kanalında verilən məlumata görə, ekspertlər bu dövrdə xüsusilə ehtiyatlı və diqqətli olmağa çağırıblar.

Onların sözlərinə görə, həssaslığın, narahatlığın, psixi xəstəliklərin, münaqişələrin və yuxusuzluğun kəskinləşməsi - payız tutulmalarının təsirinin mümkün nəticələrindən yalnız bəziləridir.

Ekspertlər işdən çıxmaq, yeni layihələrə başlamaq, səyahət etmək və ya köçmək, əylənmək və ya yeni tanışlıqlar kimi vacib qərarlar qəbul etməkdən çəkinməyi ciddi şəkildə tövsiyə edirlər.

"18 sentyabr gələnə qədər vacib danışıqları, zəruri işləri bitirmək və həll olunmamış məsələləri bağlamaq tövsiyə olunur. Həmçinin həmin tarixə qədər maksimum şəkildə yaxınlarınızla mübahisə etməyin və istirahət edin", - deyə ekspertlər məsləhət veriblər.

Tutulma dəhlizi dövrünü isə minimal itkilərlə keçirmək üçün astroloqlar həyatın hər bir sahəsində tarazlığı qorumağı, emosiyaları və hərəkətləri nəzarətdə saxlamağı, sağlamlığa diqqət yetirməyi məsləhət görürlər.

"Mümkün olduqca, bütün vacib işləri və planları daha əlverişli vaxta keçirmək daha yaxşıdır", - deyə ekspertlər bildiriblər.

Astroloqlar əlverişsiz dövrün oktyabrın 2-də Günəş tutulması ilə birlikdə başa çatacağını deyiblər. (Oxu.az)

15.09.2024 18:47
685