İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi barədə şəxsi qərarına görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib.

Musavat.com xəbər verir ki, dövlət başçısı Astanada keçirilən görüşdə Kasım-Jomart Tokayevi, həmçinin tikintisi sürətlə gedən mərkəzin açılış mərasiminə dəvət edib.

O bildirib ki, bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq.

10.04.2023 19:06
352