İlham Əliyev Teymur Kərimlini təltif etdi


Teymur Həşim oğlu Kərimli “Şöhrət” ordeni ilə təltif edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Teymur Kərimli 2014-cü ildən isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorudur. Onun bu gün 70 yaşı tamam olur.

02.10.2023 16:11
707