İlham Əliyev: "Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək"

"Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək".

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubunda deyilir.

Dövlət başçısı qeyd edib ki, bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilib.

"Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - Azərbaycan Prezidenti vurğuılayıb.

29.12.2022 19:21
483