İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi ölkəmizə səfərə dəvət edib.

Bu barədə sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü zamanı bildirib.

Prezident Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul edib.

15.09.2022 15:34
552