İlham Əliyev: "Sarayevo və Bakı qardaş şəhərlər sayılır"

"Sarayevo və Bakı qardaş şəhərlər sayılır".

Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçlə mətbuata bəyanatında deyib.

"Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə - hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq",- Azərbaycan Prezidenti bildirib.

13.04.2023 17:39
378