İlham Əliyev Putinə Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyini dəstəklədiyinə görə təşəkkür edib

Mən Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürümü bildirdim. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.

Musavat.com xəbər verir ki, bunları avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Vladimir Vladimiroviç, mənim dəvətimi qəbul etdiyinizə və dövlət səfəri ilə Azərbaycana gəldiyinizə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Şübhəsiz ki, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək”, - Prezident İlham Əliyev deyib.

19.08.2024 23:33
349