İlham Əliyev onları vəzifədən AZAD ETDİ - SƏRƏNCAM

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Siyavuş Heydərov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə vəzifələrindən azad olunublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Media və kommunikasiya şöbəsindən məlumatı təsdiqləyiblər.

 

15.07.2024 14:21
32976