İlham Əliyev onlara “general-mayor” rütbəsi verdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb.

Musavat.com-un xəbərinə görə, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Bəhmən Rza oğlu Babayevə

polkovnik Əyyub Vəli oğlu Məmmədova

polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.

17.08.2024 11:46
3098