İlham Əliyev Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Moldovanın Baş naziri Dorin Reçanı Azərbaycana dəvət edib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı Moldovanın paytaxtı Kişineuda bu ölkənin hökuməti başçısı ilə görüşdə bildirib.

Moldovalı siyasətçi Azərbaycan Prezidentinin dəvətini qəbul edib.

31.05.2023 21:57
285