İlham Əliyev İraqa səfər edəcək

İraq Parlamentinin sədri Azərbaycan şirkətlərini ölkəsində genişmiqyaslı bərpa-quruculuq işlərinə töhfə verməyə dəvət edib.

Musavat.com xəbər verir ki, Möhsin Əli Əkbər Əl-Mandalavi bu barədə bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Parlamentin sədri Azərbaycan Prezidentini tezliklə İraqda görməkdən məmnun olacaqlarını deyib.

Dövlət başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirib.

01.05.2024 19:38
663