İlham Əliyev: Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır

Həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir.

Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, milli valyutalarda qarşılıqlı hesablaşmalar artır:

“Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla həyata keçirilir”.

03.07.2024 18:15
425