İlham Əliyev Astanada AQEM-in Zirvə Toplantısının iştirakçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Oktyabrın 13-də Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

13.10.2022 13:20
377