İlham Əliyev Arif Səmədova yüksək vəzifə verdi

Prezident İlham Əliyev Arif Vasif oğlu Səmədovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.

03.11.2022 15:22
2705