İlham Əliyev albaniyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı Azərbaycana rəsmi səfərə dəvət edib.

Musavat.com-un xəbərinə görə, Prezident İlham Əliyev albaniyalı həmkarı ilə birgə mətbuata bəyanatı zamanı çıxışının sonunda deyib:

“Çıxışımın sonunda mətbuat qarşısında Sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.

15.11.2022 16:46
392