Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Kadrlardan da göründüyü kimi, Prezident və ailəsi sıraya durur və digər vətəndaşlar kimi səsvermədə iştirak edir.
İlham Əliyevin səsvermə məntəqəsi kimi Xankəndini seçməsi simvolik məna daşıyır. Bu, dünyaya və dünya ermənizminə verilən mesajdır. Xankəndinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Biz heç zaman Xankəndidən vaz keçməyəcəyik. Bu şəhər bizim və bütün Türk dünyası üçün çox önəmlidir.
@@TVmusavat/78213@@