Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib. Dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.
ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub. Bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər)
Raufoğlu öz "X" hesabında paylaşım edib. O qeyd edib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:
1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.
2. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması.
3. Hər iki ölkənin ATƏT-in Minsk qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub.
4. Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan Anlaşma Memorandumları.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Xəyal Bəşirovla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv