İlahiyyat İnstitutunun rektoru: “Bu hadisə Səfirliyə qarşı terror aktıdır”  

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücumu Səfirliyə qarşı törədilmiş terror aktı adlandırıb.

Musavat.com xəbər verir ki, rektor facebook səhifəsində bu barədə yazı paylaşıb.

Aqil Şirinov qeyd edib ki, bu terror aktı İran telekanallarında, mətbuatında, hətta universitetlərində Azərbaycana nifrəti təlqin edən təbliğatın nəticəsidir.

Rektor Allahdan şəhidimiz Orxan Əsgərova rəhmət, yaralılarımıza şəfa dilədiyini də ifadə edib.

Musavat.com

27.01.2023 13:42
850