İlahə İbadova Mirsalehdən ayrılıq səbəbini açıqladı: "Qadını ləkələyən insanı..."

Müğənni İlahə İbadova keçmiş həyat yoldaşı, həmkarı Mirsaleh Əliyevdən ayrılmasının səbəbini açıqlayıb.

O, "Günə son" verilişində bu sözləri deyib:

"Keçmiş həyat yoldaşımla çox mübahisə etməmişik. Bir mövzuda mübahibəmiz olub və ayrılmışıq. Əməllərinə dözdüm. Dörd aylıq uşağı vurmasını ona keçə bilmədim. Onun haqqında çox danışmaq istəmirəm. Çox vaxt kişilər xanımları günahkar hesab edirlər. Ləkələməyə çalışırlar. Qadını ləkələyən insanı şəxsiyyət kimi qəbul etmirəm. Uşağa və mənə avtomobildə əl qaldırması ilə şəxsiyyət olaraq gözümdən düşdü".

Qeyd edək ki, keçmiş cütlüyün bir qızı var./Teleqraf.com

26.10.2023 17:10
2779