İkinci turda xaricdə səs verən türkiyəlilərin sayı açıqlandı

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində indiyədək xarici ölkələrdə yaşayan 717 612 nəfər səs verib.

Bu barədə BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrükdə isə mayın 28-i saat 17:00-dək (Bakı vaxtı ilə 18:00-dək) davam edəcək.

21.05.2023 20:10
809