İkinci Dünya Müharibəsi iştirakçısı 90 yaşında cinsiyyətini dəyişib - FOTO

Britaniya ordusunun uğurlu əsgəri olan Piter Devis İkinci Dünya Müharibəsində xidmət etmiş və müharibədən qayıdan kimi dərhal evlənmişdir.
 
21 yaşında evlənən Devisin 63 il davam edən çox xoşbəxt evliliyi olub.
 
Sfera.az bildirir ki, 2011-ci ildə 63 illik həyat yoldaşını itirən Piter həyatının ən mühüm qərarını verib.

O, əslində 3 yaşından xəbərdar olub...

Peter çox gənc yaşlarından cinsi oriyentasiyasından xəbərdar olsa da, həmişə insanların reaksiyalarından qorxub.
O vaxtlar indiki kimi asan deyildi.

Keçmişdə həm işin tibbi aspekti, həm də insanların fikirləri Devisi qorxudurdu. İnsanlar hətta bunun müalicə oluna biləcəyini deyirdilər. O bilirdi ki, belə bir qərarın nəticəsi həbsə və hətta işgəncəyə səbəb ola bilər, ona görə də vəziyyəti heç kimə açıqlamayıb.

Ən böyük dəstəkçisi: Həyat yoldaşı olub

Devis 60 yaşında olanda vəziyyəti həyat yoldaşına izah edib. Həyat yoldaşı çox anlayışlı idi. O, Devisə zinət əşyaları, paltarlar alır, hətta Devisin təsəvvür etdiyi kimi ona Patrisiya deyə müraciət edirmiş.

Həyat yoldaşı da Piter kimi dövrün şərtlərindən xəbərdar idi və ona susmağı tapşırmışdı. Bunu yavaş-yavaş yaxın ətrafına açıqlayan Piter, düşündüyünün əksinə olaraq çox müsbət reaksiyalar alıb. Qonşular və dostlar “Xoşbəxt olmaq üçün istədiyin kimi ol” deyərək dəstəyini göstəriblər.

O, illərıə xəyal etdiyi şeyə qovuşub: Patrisiya

Piter bu qərarı ən böyük dəstəkçisi olan 63 illik həyat yoldaşını itirəndə verib. O, ilk növbədə hormon terapiyasına başlayıb və adını Patrisiya olaraq dəyişdirdi.

''Bütün yük çiynimdən qalxmışdı, yalan içində yaşayırdım”- deyə Patrisiya müsahibəsində xoşbəxtliyini bu sözlərlə ifadə edib.

02.11.2023 10:57
10339