İkinci dəfə ailə quran azərbaycanlı məşhur yarıçılpaq qızla BELƏ RƏQS ETDİ - VİDEO

"Qurd" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminov səhnə aldığı məkanlardan birində performansı ilə diqqət çəkib.

"Qurd" musiqi parçasını ifa edərkən ona yaxınlaşan açıq-saçıq geyimli gənc xanım rəqs edib. Reper həmin xanımı öz musiqisi və rəqsi ilə müşayiət edib.

Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, reper ikinci dəfə ailə qurub. Cütlük ötən ilin iyulunda valideyn olub. Onların Suğra adlı qız övladı dünyaya gəlib. Onun xanımı Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.  

Fəridin isə bu, ikinci evliliyidir. Belə ki, repçi 7 ilə yaxındır ki, ilk həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var. (titul.az)

08.07.2024 12:13
2448