İki uşaq anasını elektrik cərəyanı vuraraq öldürüb

Göyçay rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Sevda Xadimiəsgəri yaşadığı evin həyətində elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

O, iki uşaq anası olub.

05.07.2023 20:00
753