İki tramvay TOQQUŞDU - 40 nəfər...

Rusiyanın Kemerovo şəhərində iki tramvay toqquşub.

Musavat.com xəbər verir ki, qəza Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında baş verib.

Məlumata görə, dəhşətli qəzadan sonra 40 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb.

Onlardan üçünün vəziyyəti ağırdır.

Qeyd olunub ki, hadisədən sonra daha 10 nəfər təcili yardıma müraciət edib.

Qəzanın görüntülərini təqdim edirik:

Musavat.com

06.06.2024 10:08
693