Bir neçə gün öncə İstanbulda baş verən dəhşətli qətllə bağlı müzakirələr və açıqlamalar media gündəmində qalmağa davam edir. Hadisə barədə müxtəlif şəxslər bildiklərini jurnalistlərlə bölüşür və gün keçdikcə yeni faktlar ortaya çıxır. Dünən qızlardan birinin atasının verdiyi açıqlamanın ardından qatil qismində şüphəli bilinən Semih Çelikin anası da səssizliyini pozaraq açıqlama verib.
İki qızı vəhşicəsinə öldürməkdə şübhəli bilinən şəxsin anasının açıqlamasını təqdim edirik:
"Oğlumu pandemiya zamanı itirmişəm. Dəfələrlə xəstəxanaya aparmışam, həkimə aparmışam, hamısı qeydlərdə var. Dedilər, bu uşaqda yeniyetmə psixologiyası var.
Oğlumun vəziyyətini anlayanda İkbalın ailəsinə dedim ki, qızınızı uzaqlaşdırın, aparın, izini itirin.
Mən anayam, kim istəyər ki, övladı belə bir hadisəyə qarışsın? Model kimi qızlar bir anda torpağa qarışdı. Kaş oğlum özünü yandırardı, qızlara toxunmazdı”.
Şübhəlinin anası vurğulayıb ki, oğlu İkballa ayrılsa da, əlaqələri var idi:
“Valideynləri İkbalı məktəbdən köçürdülər, lakin onların əlaqəsi hələ də vardı. İkbal da keçən il həb qəbul edərək intihara cəhd edib. Bundan sonra bir müddət ayrıldılar, amma əlaqələri hələ də qaldı.
Semihlə İkbalın görüş yeri onsuz da şəhər divarları idi. Həmişə orada görüşürdülər. Oğlum İkballa heç vaxt əlaqəni kəsə bilmədi. Qız da Semihdən ayrıla bilmədi. Mən də anayam, kim istər övladının başını kəsib qabağına atsınlar?
Mən öz ağrı-acımı yaşaya bilmirəm. Məni heç kim başa düşmür. Çox çalışdım, amma uşağımı xilas edə bilmədim. Çox ağrıyıram, uşağım günlərdir yerdə qalıb, amma yazığım gəlir o qızlara”./Yenisabah.az