İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub.

Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub.

İş üzrə dindirilmiş Sərxan Dadaşov bildirib ki, sentyabrın 22-də yaşadığı qəsəbədə, marketin qarşısında dayandığı vaxt tanımadığı bir nəfər yaxınlaşaraq metronun “28 May” stansiyasına gedəcəyini bildirib.

Lökbatandan çıxmamış sərnişin parkın qarşısından sağa dönməsini, ora çatdıqda avtomobili söndürməyini və bir xanımın 5 dəqiqədən sonra gələcəyini deyib.

Təxminən 2 dəqiqə sonra əvvəllər ədavəti olan Kamil Cəfərov və onun dostu Şəhriyar Təhməzov avtomobilə yaxınlaşıblar və maşının qapısını açaraq Sərxan Dadaşovun sinəsinə təpiklə zərbə vurublar.

Avtomobildə müştəri qismində əyləşən və Kamilin qardaşı olan Samir onun baş nahiyəsinə bir neçə dəfə beşbarmaqla zərbələr vurub.

Şəhriyarla Kamil isə S.Dadaşovun ayağından çəkərək onu maşından çıxarmağa cəhd göstəriblər. O, hər iki əli ilə sükandan tutaraq ucadan qışqırıb, insanları köməyə çağırıb. Buna baxmayaraq, onu zorla avtomobildən yerə düşürüblər.

Bu zaman S.Dadaşov sağ qapının saxlanc yerindən açılıb-qatlanan bıçağı götürüb. Həmin şəxslər onu yerə yıxaraq təpikləməkdə davam ediblər. Sərxan Dadaşov bıçağı açaraq özünü qorumaqdan ötrü sağa-sola hərəkətlər etdirib. Həmin an təpik atdığı üçün bıçaq Kamilin sağ ayağına dəyib. Kamillə Samir onu buraxaraq qaçıblar.

Təxminən 1 saatdan sonra polis əməkdaşları Sərxanı 10-cu Polis Bölməsinə aparıblar və orada bilib ki, Kamil Cəfərov ayağından aldığı xəsarətlər nəticəsində çoxlu miqdarda qan itirərək dünyasını dəyişib. Məhkəmə iclasında Sərxan Dadaşov ittiham üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Dadaşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin materialında:

20.03.2024 20:44
1192