Türkiyənin Qaziantep şəhərinin Oğuzeli rayonunda iki qardaş atasını bıçaqlayaraq öldürüb.
Musavat.com xəbər verir ki, Əbdürrəhman və Halaf Açıkbaş qardaşları torpaq paylaşma tələblərini qəbul etməyən ataları, 59 yaşlı Müslüm Açıkbaş, anaları Qonca Açıkbaş və qardaşları Müslüm Caner Açıkbaşı mübahisə zamanı bıçaqlayıb.
Xəstəxanaya aparılan yaralılardan Müslüm Açıkbaşın həyatını xilas etmək mümkün olmayıb.
İddiaya görə, atalarının torpağında əkinçiliklə məşğul olan qardaşlar Müslüm Açıkbaşdan tarla və bağları paylaşmasını istəyiblər. 6 uşaq atası Müslüm Açıkbaş isə bu istəyi qəbul etməyib.
Musavat.com