Dekabrın 1-də Avropa Şurasının rəhbəri vəzifəsinə başlayan Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyində dəyişiklik etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, “Financial Times” qəzetinə müsahibəsində siyasətçi Ukrayna məsələsində Trampın Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyəti təkrar etməyəcəyi fikrini bildirib. Onun qeyd etməsinə səbəb regional münaqişənin daha da qloballaşa biləcəyinin anlaşılması olub.
"O, Rusiyada Şimali Koreya əsgərlərini görür. Rusiyanın əsas köməkçiləri Çin və İrandır", - Koşta bildirib.
AŞ-in gələcək rəhbəri əlavə edib ki, o, Trampın “24 saat ərzində iki zəng”lə münaqişəni sona çatdırmaq vədini yerinə yetirib-yetirməyəcəyini səbirsizliklə gözləyir. Siyasətçi vurğulayıb ki, o, həm də tezliklə atəşkəs, lakin “ədalətli şəkildə, davamlı sülhü təmin etmək” istəyir.
Musavat.com