Qırğızıstan sakininin evindən Özbəkistan ərazisinə çıxan tunel tapılıb.
Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, tunel 15 metr dərinlikdə döşəmənin altında qazılıb, uzunluğu isə 130 metrdir.
Bildirilib ki, tunel malların və şəxslərin qaçaqmalçılığı məqsədilə istifadə edilib.
Evin 38 yaşlı sahibi, qanunsuz fəaliyyətin tərtibatçısı saxlanılıb.//Qafqazinfo