İki nüfuzlu mərkəz Çində iqtisadi artım proqnozunu azaltdı

"Goldman Sachs" və "Citigroup" analitikləri 2024-cü ildə Çində gözlənilən iqtisadi artımla bağlı proqnozlarını aşağı salıblar.

Musavat.com "Asia Financial"a istinadən xəbər verir ki, onlar Çində gələn il ÜDM-in 4,7 faiz artacağını gözləyirlər, halbuki "Goldman" əvvəllər bunu 4,9 faiz, "Citi" isə 4,8 faiz səviyyəsində qiymətləndirirdi.

Bu, son vaxtlar dərc edilən zəif statistik məlumatlarla bağlıdır. Belə ki, Çində sənaye istehsalı avqustda ötən ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artıb ki, bu da beş ayda minimum artım tempidir.

"Asia Financial" yazır ki, zəif iqtisadi fəaliyyət diqqəti Çinin yavaş iqtisadi bərpasına yönəldib və tələbi dəstəkləmək üçün əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac olduğunu qabardıb.

"Goldman" ekspertlərinin fikrincə, Çin hökumətinin illik ÜDM-in təxminən 5 faiz artım hədəfini qaçırması riski artır.

Bununla yanaşı, bank 2025-ci ildə iqtisadi canlanma təxminini 4,3 faiz səviyyəsində saxlayıb.

"Citi" analitikləri daxili tələbi artırmaq üçün əhəmiyyətli katalizatorların olmaması səbəbindən gələn il üçün proqnozlarını 4,5 faizdən 4,2 faizə endiriblər.

Musavat.com

17.09.2024 17:22
218