İki məşhur Hollivud aktyoru Trampa görə ABŞ-dən QAÇDI

Donald Tramp seçkilərdə qalib gəldikdən sonra, Riçard Qir və Tom Henks ABŞ-dən qaçıblar.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Qir 11 milyon dollara evini sataraq səssizcə naməlum istiqamətə uçub, Henks isə açıq məktub yazaraq nəticələri görən kimi öz-özünə "qaç, Forrest, qaç" dediyini bildirib.

Məktubun sonunda isə siyasi mühacir olduğunu, Oprah prezident olduqda geri dönəcəyini yazıb.

Henks və Qir Kamala Harrisin seçki kampaniyası zamanı verdikləri vədə əməl edən ilk Amerika ulduzlarıdır.

O zaman Lady Qaqa, Barbra Streisand, Robert de Niro, Taylor Swift, Bono, Jennifer Lopez, Whoopi Goldberg, Julia Roberts, Meryl Streep, Kevin Spacey, Pink, Beyonce, Harrison Ford, George Clooney və John Legend ilə birlikdə Tramp qalib gəlsə, ölkəni tərk edəcəklərinə söz vermişdilər.

Twitter və digər sosial şəbəkələrdə artıq ulduzlarla bağlı zarafatlar edilir. Onları xoruzlara bənzədirlər.

Afaq,
Musavat.com

09.11.2024 21:12
741