İki maşın toqquşdu, biri piyadanı vurub öldürdü - FOTO

Gəncə şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Qara Qarayev və Cavadxan küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük avtmobili ilə “Lexus” markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən biri idarəetmədən çıxaraq səki ilə gedən piyadanın, 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərovun həyatına son qoyub.

Faktla bağlı araşdırma başlanılıb.

Fotoda Səbuhi Xeyirxəbərov

Yunis Quliyev





29.01.2024 19:55
756