İki illik fasilədən sonra Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı-FOTOLAR

 

Bu gündən etibarən  paytaxt Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

 Musavat.com xəbər verir ki, məktəbli ləvazimatlarının satılması üçün hər il olduğu kimi metro stansiyalarının girişlərində çadırlar quraşdırılıb.

 "Neftçilər" və "Qara Qarayev" metrostansiyalarının  yaxınlığında quraşdırılan həmin yarmarkalarda olduq.  Satıcılardan öyrəndik ki, yarmarka yenicə açılıb və buna görə də hələlik bütün mallar gətirilməyib. Çantalar sabahdan piştaxtada olacaq. Satıcılar Musavat.com-a onu da dedilər ki, yarmarkada ləvazimatlar marketlər və digər obyektlərdən daha ucuz satışa çıxarılıb: "Mallar  topdan və pərakəndə qiymətə satılır". 

Qeyd edək ki, hər il tədris ili ərəfəsində Bakıda məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları təşkil olunurdu. Pandemiyaya görə iki il idi ki, məktəbli yarmarkalarının açılışına icazə verilmirdi.

 

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

15.08.2022 17:53
1798