“İki ildir sevilirəm və sevirəm” - Renka

Rəqqasə Rəna Ağamuradova (Renka) açıqlaması ilə diqqət çəkib.

Rəqqasə qonaq olduğu “Elgizlə izlə” verilişində şəxsi həyatından bəhs edib.

Renka sevdiyi şəxsin adını açıqlamasa da, xoşbəxt olduğunu dilə gətirib:

“Mən o qədər xoşbəxtəm... Bunu heç vaxt danmıram, 40 yaşım var. 2 ildir o qədər sevilirəm və sevirəm... Sevdiyim adam var”.

Qeyd edək ki, R.Ağamuradovanın ilk evliliyindən Murad adlı bir oğlan və Namiliya adlı bir qız övladı var.   (olay)

03.03.2025 21:38
629