İki il sonra Putinə zəng etdi: Qoşunları dərhal çıxart!

Almaniya kansleri Olaf Şolts təxminən iki illik fasilədən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Musavat.com Axar.az- istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Heberştrayt deyib.

“Kansler ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiyanın Ukrayna ilə danışıqlara hazır olmasında israr edib”, - deyə o bildirib.

Şolts həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyətini açıqlayıb. O, Putini münaqişəni dayandırmağa və qoşunları geri çəkməyə çağırıb.

Heberştrayt əlavə edib ki, kansler Putinlə söhbətindən öncə Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.

15.11.2024 22:15
1918